Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilmiş “Neftçi” və “Qarabağ” arasındakı prinsipial qarşılaşmadan (1:4) dərhal sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev rəqib həmkarı Qurban Qurbanova və onun yanında olan “atçılar”ın kapitanı Rəşad Sadıqova oyun barədə nə isə deyib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssisin hakimin final fiti səslənər-səslənməz dediyi bu sözlər Sadıqovu özündən çıxarıb.
Nəticədə tərəflər arasında söz atışması baş verib. Bu mübahisədə komandanın digər oyunçularından da iştirak edənlər olub.