Topaz Premyer Liqasının 24-cü turunun "Neftçi" – "Qarabağ" matçından (1:4) sonra maraqlı hadisə baş verib. Futbolinfo.az xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra adəti üzrə futbolçular komandalarına məxsus avtobusa əyləşərək stadionu tərk ediblər.
Ancaq "Neftçi"nin prezidenti qarşılaşmadan sonra stadionun qarşısında durub nəyisə gözləyirdi. Bu zaman jurnalistlərlə səmimi söhbət edən Sadıqova bir nəfər yaxınlaşaraq bildirdi ki, hakimlərin stadionu tərk etməsi üçün onun arenadan uzaqlaşmasına ehtiyac var. Guya hakimlər Sadıqovdan qorxduqları üçün çıxa paltardəyişmə otağından çıxa bilmirlər. Bunu eşidən Sadıqov gülümsəyərək "Mən sizinlə səmimi söhbət edirəm, bunların dediklərinə bax" söyləyərək maşınına əyləşib yola düşdü.