Topaz Premyer Liqasının qapanış matçı olan "Rəvan" – AZAL qarşılaşması qonaq komanda üçün daha uğursuz alınıb. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər" matçın 84-cü dəqiqəsində 9 nəfərlə qalıblar.
 
76-cı dəqiqədə bu komandada Junior Aylton qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuşdu. 84-cü dəqiqədə isə kapitan Viktor İqbekoyi də eyni aqibəti yaşayıb.
 
Xatırladaq ki, 46-cı dəqiqədə "Rəvan" da azlıqda qalmışdı. Amma qonaqların müdafiəçisi Aylton meydandan qovulan kimi, Miloş Adamoviç cərimə zərbəsindən qol vuraraq "aslanlar"ı hesabda önə keçirməyə nail olmuşdu.
Shares: