AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“Çox danışmaq istəmirəm, futbolda belə oyunlar da olur. Qapıçımız bir dəfə də olsun topun dalınca uzanmadı, amma məğlub olduq. Oyunumuzda olan səhvlərimizi düzəltməliyik. “Rəvan”ı qələbə münasibəti ilə təbrik edirəm. Sona kimi mübarizə aparıb qələbə qazandılar. Əsas heyətimizdən 3 futbolçu yox idi, onlara bu gün ikisi də əlavə olundu. Gözlənilməyən nəticə oldu, oyuna bir daha təkrar baxmaq lazımdı. 6-cı dəfədi ki, layiq olmadığımız məğlubiyyəti alırıq. Kamal Bayramovun oyununu qeyd etməliyəm. O, Sapelanı layiqincə əvəz etdi”.
Shares: