Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilmiş "Rəvan" – AZAL qarşılaşması ev sahibləri üçün uğurlu alındı. Futbolinfo.az xəbər verir ki, Bayıl klubunun görüşdən minimal hesablı qələbə ilə ayrılması bu komanda üçün əlamətdar oldu.
Belə ki, "Rəvan" sonuncu qələbəsini 5-ci turda səfərdə "Sumqayıt" üzərində qələbə qazanmışdı. Elə həmin oyunda da "aslanlar" rəqibini minimal hesabla məğlub etmişdi.
AZAL zəfəri sayəsində komanda 18 turluq qələbə həsrətinə son qoymağa nail oldu. Bundan başqa bu görüş Güvənç Kurtar üçün də tarixi əhəmiyyət daşıyır. Çünki türkiyəli mütəxəssisin başçılığı ilə 6 oyun keçirən "Rəvan" Premyer Liqada ilk qələbəsini qazanmış oldu.