"Çelsi"nin baş məşqçisi Joze Mourinyo gələcəkdə Portuqaliya millisini çalışdırması ilə bağlı iddialara münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis ölkəsinin millisini çalışdıracağı təqdirdə komandaya yalnız Portuqaliyada doğulmuş oyunçuları çağıracağını bildirib:
 
"Yığmada işləsəm, komandaya Avropa və dünya çempionatında vəsiqə qazanmağımızda böyük rol oynayacaq futbolçuları çağıraram.  Ancaq bu futbolçular mütləq Portuqaliyada anadan olanlar olacaq. Çünki burada doğulmayıbsa, deməli, başqa bir ölkəyə sevgisi var. Futbolçu çox güclü olsa belə, mənim komandama daxil ola bilməz".
 
51 yaşlı Mourinyo bu günədək heç bir yığma komandanı çalışdırmayıb.
Shares: