Almaniya nəhəngi "Bavariya" "Fənərbaxça"nın yarımmüdafiəçisi Caner Erkinlə razılığa gəlib. Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  27 yaşlı oyunçu yeni mövsümdən etibarən karyerasını "Bavariya"da davam etdirəcək.
 
Canerlə ilkin razılıq əldə olunub. Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə imzalanacaq. Erkin Almaniyada keçirdiyi hər ilə görə, 2.5 milyon avro  qazanacaq. Futbolçunun keçidi "pivəçilər"ə havayı başa gələcək. Çünki Canerin "Fənər"lə olan müqavilə müddəti iyunda başa çatır.
 
Qeyd edək ki, Canerlə "Arsenal", "Tottenhem", Liverpul" və "Roma" kimi klublar da maraqlanırdı.
Shares: