UEFA İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Manuel Pelleqrinini cəzalandırıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb çalışdırıcının Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə qarşılaşmada hakimlərə qarşı qərəzli fikirlər səsləndirməsidi.
 
Çilili mütəxəssis İspaniyada keçiriləcək cavab görüşünü tribunadan izləmək məcburiyyətində qalacaq. UEFA Manueli 2 oyunluq cəzalandırdığından komandası 14 finala adlayacağı təqdirdə ilk matçda da Pelleqrini komandasının başında ola bilməyəcək.
 
Qeyd edək ki, Pelleqrini sonradan hakimlərə dediyi sözlərə görə üzr istəmişdi.
Shares: