Topaz Premyer Liqasının 24-cü turunda daha bir xoşagəlməz hadisə yaşandı. Futbolinfo.az xəbər verir ki, bu dəfə polis əməkdaşları jurnalistlərin öz vəzifəsini yerinə yetirməsinə mane oldular. 
 
Belə ki, "Bakı" – "Sumqayıt" (0:0) matçı başa çatar-çatmaz futbolçular soyunub-geyinmə otağına yola düşdülər. Bu vaxt "Bakı"nın kapitanı Rauf Əliyev bir sıra nalayiq ifadələr işlədərək, hirsini paltardəyişmə otağının şüşəsini qırmaqla soyutdu. Bu anı qeydə almaq istəyən media nümayəndələrinə polis əməkdaşları mane oldu. Onlardan jurnalistlərin işinə nə üçün mane olduqlarını soruşduqda isə, "bizə belə təlimat veriblər" deyə cavab verdilər. Düzdü, media nümayəndələri polis əməkdaşlarından onların işinə mane olmamalarını xahiş etdilər. Ancaq buna baxmayaraq, asayiş keşikçiləri jurnalistlərin öz vəzifə borcunu yerinə yetirməsinə imkan vermədilər.
Shares: