UEFA 76 klubun qanunsuz işlərə əl atması ilə bağlı araşdırmalara başlayıb. Futbolinfo.az xəbər verir ki, bu barədə BBC televiziyası məlumat yayıb.
 
Məlumatda bildirilir ki, həmin klublar Maliyyə Fair-Play qaydalarına necə riayət etməsi yoxlanılır. Qeyd olunub ki, 2012-ci ildə gəlirləri xərclərindən az olan həmin klubların ötən il FFP-yə necə əməl etmələri yoxlanılır. Yoxlamaların nəticəsinə uyğun olaraq bu klublarla bağlı qərarlar veriləcək. FFP qaydalarına cavab verməyən klubların adları aprel ayının sonlarında açıqlanacaq.
Shares: