Çinin "Quançjou” klubunun baş məşqçisi Marselo Lippi uzun illər burada çalışacaq. Futbolinfo.az xəbər verir ki, italyan mütəxəssisin Asiya təmsilçisi ilə müqavilə yeniləməsi bunu deməyə əsas verir. "Quançjou"nun rəsmi saytı bu haqda məlumat yayıb. İtaliyalı mütxəssislə sözləşmənin müddəti 2017-ci ilə qədər uzadılıb.
Qeyd edək ki, Lippi daha əvvəl açıqlamalarının birində mövsüm sonu "Quançjou"dan ayrılacağını və heç bir klub çalışdırmayacağını bildirmişdi. Ancaq o, fikrini dəyişərək daha 3 il Çin təmsilçisində qalmağa qərar verib. Bununla da Lippinin Çin millisini çalışdıracağı ilə bağlı iddiaların əsassız olduöu təsdiqlənib.