Madrid "Real"ının sabiq prezidenti Ramon Kalderon qalmaqal yaradacaq açıqlaması ilə İspaniya mətbuatının gündəminə oturub. Futbolinfo.az xəbər verir ki, keçmiş rəhbər vaxtilə Kral klubunun ulduz futbolçusu Kriştianu Ronaldonun "Barselona"nın qpısından döndüyünü etiraf edib:
"Bu, düzdü. Aleks Ferqyusson Ronaldonun "Real"a keçidinin qarşısını almaq istəyirdi, onu "Barselona"ya təklif etmişdi. Katalonlar bu transferi reallaşdırmağa razı idilər, ancaq futbolçu həmin vaxt "Real"a görə istənilən klubun təklifini rədd edə biləcəyini demişdi. Bu məsələdən sonra Ronaldo Madriddə peyda oldu və hər şey yaxşılıqla həll olundu. "Mançester Yunayted" 80 milyon funt, "Real" isə dünyanın ən yaxşı futbolçusunu qazandı".
Ronaldo 2009-cu ildən"Real" forması geyir.