Türkiyənin “Qalatasaray” klubu daha bir futbolçusu ilə müqavilə yeniləməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, İstanbul klubu təcrübəli yarımmüdafiəçisi Səlcuk İnanla 2016-cı ildə başa çatacaq anlaşmasının müddətini daha 2 il uzadacaq.
"Sarı-qırmızılar" hazırda bəzi Avropa klublarının transfer hədəfində olan 29 yaşlı oyunçunu 2018-ci ilə qədər komandada saxlamaq niyyətindədi.
Xatırladaq ki, Səcuq 2011-ci ildə “Trabzonspor”dan “Qalatasaray”a keçib.