İspaniya futbolunun canlı əfsanəsi Raul Qonsales keçmiş milli komanda yoldaşını yanına aparmaq fikrinə düşüb. Futbolinfo.az xəbər verir ki, Qətərin "Əl-Sadd" klubunda oynayan forvard "Barselona"nın kapitanı Xavi Hernandesə yüksək pul qarşılığında ərəb ölkəsində top qova biləcəyini deyib. Sözügedən klubun rəhbərliyi təcrübəli yarımmüdafiəçinin keçidində Rauldan istifadə etmək istəyir.
Daha öncə Xavinin adı ABŞ MLS klubları ilə hallansa da, onun Qətərə getmə ehtimalı da var. Bir neçə gün əvvəl isə futbolçu açıqlama verərək Kataloniya klubunda xoşbəxt olmadığını dilə gətirmişdi. Xavi bunu baş məşqçi Xerardo Martinonun ona az şans verməsi ilə əlaqələndirmişdi.