Avropanın 4 nəhəng klubu "Real Sosyedad"ın futbolçusuna "elçi" düşüb. Futbolinfo.az xəbər verir ki, söhbət Antuan Qrizmandan gedir. Nəhənglər forvardı heyətinə qatmaq üçün hərəkətə keçiblər.
 
Bu barədə sport.es xəbər yayıb. "Yuventus", "Real", PSJ və "Arsenal"ın transfer hədəfində olan 22 yaşlı yarımmüdafiəçi üçün ən yüksək təklifi Madrid klubu göndərib. "Real" Qriezman üçün 30 milyon avrosundan keçməyə hazırdı.
 
Qeyd edək ki, Qrizmann cari mövsüm La Liqada 23 oyunda 15 qol vurub.
Shares: