Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Toğrul Eratın formasını geyindiyi “Fortuna” növbəti matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Düsseldorf təmsilçisi evdə “Arminiya” ilə münasibətlərinə aydınlıq gətirib.
Toğrul Eratın komandası bu görüşdə rəqib qapısından2 cavabsız top keçirib və həmyerlimiz 90 dəqiqə meydanda olub. Eren Taşkın isə 18-liyə daxil edilməyib.
Qeyd edək ki, “Fortuna” hazırda 31 xalla turnir cədvəlinin 10-cu pilləsindədi.