"Çelsi"nin hücum xətti üçün axtarışları davam edir. Futbolinfo.az xəbər verir ki, bu anadək adı bir çox ulduz forvardla hallanan “zadəganlar”ın indi də "Napoli"nin forvardı Qonzalo İquayna "elçi" düşdüyü qeyd olunub.
 
“The Telegraph” qəzetinə inansaq, London təmsilçisi baş məşqçi Joze Mourinyonun göstəişinə əsasən belə bir addım atıb. Ötən mövsüm “Real”da (Madrid) birlikdə çalışmış bu cütlük “Çelsi”də yenidən bir araya gələ bilər. "Zadəganlar"ın argentinalı futbolçuya görə, 50 milyon avro ödəməyə hazır olduğu yazılıb.
 
İquayn bu mövsüm A Seriyasında 26 oyunda 14 qol vurub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp