İtaliyanın məşhur "La Gazzetta dello Sport" qəzeti 2012/13 mövsümünün yekunlarından sonra A Seriyası klublarının maliyyə vəziyyətini araşdırıb. Futbolinfo.az xəbər verir ki, ortaya maraqlı rəqəmlər çıxıb.
 
Ümumi gəlir hissəsi 8%  –  1,772 milyard avro artıb. Xərclər isə 4 %  –  2,365 milyard çoxalıb.
 
İtaliya klublarının ümumi borcu hazırda  1,5 milyard avroya bərabərdi. Ən az borc "Fiorentina"dadı. Onların borcu cəmi 5,1 milyon avrodu. Ən böyük borc isə  – 293 milyonla "İnter"dədi.
 
"Yuventus"un borcu 227,1 milyon təşkil edir. "Milan"da bu rəqəm – 221,6, "Roma"da – 136,3, "Latsio"da isə  – 102 milyona bərabərdi.
Shares: