Son günlər Avropa mətbuatında "Barselona"nın Dortmund "Borussiya"nın futbolçusu İlkay Gündoğanın transferində son mərhələdə olduğu deyilirdi. Futbolinfo.az xəbər verir ki, sonuncu gələn xəbərlər transferin baş tutmadığı yönündədi.
Kataloniya klubunun həkimi Riçard Pruna tərəfindən tibbi müayinədən keçirilən türkəsilli alman yarımmüdafiəçinin zədəsinin ciddi olduğu müəyyələşib. Onun bu zədəsinin futbolçunun gələcəyi üçün problem yarada biləcəyi yazılıb. Bu səbəbdən klub İlkayın transferində geri addım atıb.
Qeyd edək ki, Gündoğan cari mövsüm zədə ucbatından meydana çıxmayıb.