İcarə əsasında Almaniyanın "Borussiya" (Dortmund) klubunun şərəfini qoruyan Nuri Şahin İtaliya “İnter”inin maraq dairəsinə düşüb. Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisinin yeni mövsümdə heyətində görmək istədiyi oyunçulardan biri də məhz Nuridi.
 
İtaliya klubu mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Rikardo Alvarezin boşluğunu Şahinlə gücləndirmək niyyətindədi.
 
Qeyd edək ki, Nuriylə "Arsenal" da yaxından maraqlanır.
Shares: