Almaniya Bundesliqasının son turunda doğma meydanda "Hoffenhaym"la 3:3 bərabərə qalan "Bavariya" ciddi problemlə üzləşib. Futbolinfo.az xəbər verir ki, klubun rəsmi saytında Münhen təmsilçisinin yarımmüdafiəçisi Tyaqo Alkantara zədələndiyi bildirilib.
25-ci dəqiqədə dizində ağrılar hiss edən futbolçu əvəz edilib. Müayinə nəticəsində ispaniyalının diz bağlarının qırıldığı üzə çıxıb. Alkantara 6-8 həftə futboldan uzaq qalacaq. Bu isə onun cari mövsümü bağladığı anlamına gəlir.
Xəbəri təsdiqləyən “Bavariya"nın baş məşqçisi Pep Qvardiola Tyaqonun yoxluğunun onlar üçün çətin olacağını açıqlayıb.