İspaniya La Liqasının 31-ci turunda "Rayo Valyekano"nu qəbul edən Madrid "Real"ı bu oyuna heyətin əsas futbolçusu Luka Modriç olmadan çıxıb. Futbolinfo.az xəbər verir ki, cari mövsüm demək olar ki, bütün oyunlarda Karlo Ançelottinin ilkin seçimlərindən olan xorvatiyalı xəstələndiyi üçün görüşü buraxmalı olub.
 
Yarımmüdafiəçi qrip virusuna yoluxub. Modriç buna görə komandanın son məşqini də buraxmalı olub.
Shares: