Bu dəqiqələrdə Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Şəfa" stadionunda "İnter" digər paytaxt təmsilçisi "Rəvan"la qarşılaşır. Futbolinfo.az xəbər verir ki, hesabat turunun digər oyunlarında olduğu kimi, bu qarşılaşma öncəsi də 31 mart – azərbaycanlıların soyqırımı günü bir dəqiqəlik sükutla yad olunub, futbolçular isə meydana qara sarğı ilə çıxıblar.
Yeri gəlmişkən qeyd edək ki, ölkə ərazisindəki hava şəraitinin kəskin dəyişməsi bu qarşılaşmaya da təsirsiz ötüşməyib. Paytaxtımıza yağan aramsız qar "Şəfa" stadionunun qazonunu ağ örtüklə bəzədiyindən komandalar qırmızı topla mübarizə aparmaq məcburiyyətində qalıblar.