Topaz Premyer Liqasının 28-ci turunun yarıda dayandırılan "İnter" – "Rəvan" matçının taleyinə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, hava şəraitinin qısa zamanda düzələcəyi gözlənilmədiyi üçün oyun bu gün davam etdirilməyəcək.
 
Bu barədə qarşılaşmanın hakim-inspektoru Rövşən Əhmədov məlumat verib. Peşəkar Futbol Liqasının rəhbərliyi ilə aparılan danışıqlardan sonra matçın sabah davam etdirilməsinə qərar verilib.
Maraq üçün bildirək ki, sabah 17:00-da start götürəcək "İnter" – "Rəvan" matçı dayandırıldığı yerdən – 11-ci dəqiqədən davam etdiriləcək.
Shares: