Bu dəqiqələrdə Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" "Qəbələ" ilə qarşılaşır. Futbolinfo.az xəbər verir ki, hesabat turunun digər oyunlarında olduğu kimi, bu qarşılaşma öncəsi də 31 mart – azərbaycanlıların soyqırımı günü bir dəqiqəlik sükutla yad olunub, futbolçular isə meydana qara sarğı ilə çıxıblar.
 
Lakin bir dəqiqəlik sükut zamanı azarkeşlərin hörmətsizliyi diqqət çəkib. Xüsusilə, "Qarabağ" fanatlarının həmin anda səs-küy salması təəssüf doğurmaya bilməzdi.
 
Yeri gəlmişkən qeyd edək ki, ölkə ərazisindəki hava şəraitinin kəskin dəyişməsi bu qarşılaşmaya da təsirsiz ötüşməyib. Paytaxtımıza yağan aramsız qar mərkəzi arenanın qazonunu ağ örtüklə bəzədiyindən komandalar qırmızı topla mübarizə aparmaq məcburiyyətində qalıblar.
 
Shares: