Topaz Premyer Liqasının 28-ci turunun mərkəzi oyunu olan "Qarabağ" – "Qəbələ" qarşılaşmasında meydan sahiblərinin vurduğu ikinci qol mübahisəyə səbəb olub. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" tərəfi ağdamlıların topu dayanmadan oyuna daxil etdiyini əsas gətirərək qolun qaydalar çərçivəsində vurulmadığını iddia ediblər.
Bu zaman baş məşqçi Yuri Syominin oğlu və köməkçisi olan Andrey Syomin daha sərt etiraz edib. Qarşılaşmanın baş hakimi Rəhim Həsənov isə onun bu aqressivliyini bağışlamayıb və texniki zonadan uzaqlaşdırıb.