Topaz Premyer Liqasının 28-ci turunun "Qarabağ" – "Qəbələ" matçından sonra qonaq komandanın paltardəyişmə otağında dava düşüb. Futbolinfo.az xəbər verir ki, dava edənlərdən birinin Elnur Allahverdiyev olduğu dəqiq olsa da, onun kiminlə dalaşdığı bəlli olmayıb.
Qeyd edək ki, son dövrlər uğursuz çıxışı ilə seçilən "Qəbələ"nin üzvləri arasında münasibətlər onsuz da qaydasında deyil. Onların hətta oyunların gedişi zamanı bir-biri ilə necə mübahisəyə girişdiyini də görmüşük. Elnur isə bugünkü qarşılaşma zamanı qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu. Görünür, onun komanda yoldaşları ilə dalaşmasına da məhz bu amil təsir göstərib.
Bu haqda fikrini öyrənmək istədiyimiz "Qəbələ" rəhbərliyi isə olayı təkzib etdi.
Sonda onu da qeyd edək ki, "Qarabağ" – "Qəbələ" oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.