"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Pis hava şəraiti vardı. Buna baxmayaraq, qələbə qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm. Bu cür havada gəldilər, bizə sonadək dəstək oldular. Biz hər bir komandaya hörmətlə yanaşırıq. Gələcək oyunlarında "Qəbələ"yə uğurlar arzu edirəm".
Shares: