"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin rusiyalı çalışdırıcısı 0:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"İki fərqli hissə gördük. İkinci hissədə vurulan erkən qol planlarımızı təsirsiz ötüşmədi. Hakimlərdən çox narazı qaldım. Xüsusilə də yan xətt hakiminin ikinci qoldan sonra qərarı düzgün deyildi. Hava şəraiti də yaxşı deyildi. Hələ hər şey həll olunmayıb. Qarşıda oyunlarımız var. Son zamanlar mətbuatda bizə qarşı basqı var. Oyunçular arasında çox yaxşı münasibət var".
Maraq üçün onu da qeyd edək ki, Syomin mətbuat konfransını yarıda tərk etdi. Onun jurnalistlərə bu cür hötmətsizliyinin səbəbi isə qaranlıq qaldı.