"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində qarşılaşdıqları "Qəbələ" ilə oyunu şərh edib. Futbolinfo.az saytına açıqlamasında o, 3:0 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:
"Çətin oyun oldu. Bizə qarşı bütün komandalar fərqli oyun nümayiş etdirir. Bu gün hava şəraiti də futbol üçün çox əlverişsiz idi. Buna baxmayarq, nəticə qazana bildik. Allaha şükür olsun ki, irəliləyə bildik. Düzü, bu cür havada böyükhesablı qələbə gözləmirdim. Ən azı uduzmamağı fikiləşirdim. Qələbə qazandığımız üçün çox sevinirik. Bizim komandanın əsas məqsədi topla çox oynamaqdı. Digər komandalarda isə fərqlidi. Biz uduzsaq da, 90-cı dəqiqədə belə olsa, pasla oynayırıq. Biz başımızı aşağı salıb futbolumuzu oynayırıq. Çempionluğu qeyd etmək tezdi".
Shares: