"Qəbələ"nin müdafiəçisi Ruslan Tağızadə Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində qarşılaşdıqları "Qarabağ"la oyunu şərh edib. Futbolinfo.az saytına açıqlamasında o, 0:3 hesabıyla məğlub olduqları görüşü belə şərh edib:
 
"Çətin oyun olacağını bilirdik. Çempionatın liderinə qarşı oynayırdıq. Əlimizə düşən imkanlardan yararlana bilmədik. Soyunub-geyinmə otağında yaranan söz-söhbət oyunun stresindən irəli gəldi. Komanda ailə kimidi. Hər ailədə söz-söhbət olur. Bizim üçün çempionluq şansı yoxdu. Amma kubokda şansımız qalır. Ona görə, mübarizəmizi sonadək davam etdirəcəyik. Fikrimcə, Premyer Liqada "Qarabağ"ın ən yaxın izləyici olan "Neftçi"nin də çempionluq şansı yoxdu. Çempionatda 2-3-cü yerlər uğrunda iddiamıza davam edəcəyik". 
Shares: