Mövsümə yaxşı başlasa da, sonradan enişə keçərək çempionluq yarışından qopan “Arsenal” çarəni transferdə axtarır. Futbolinfo.az xəbər verir ki, İngiltərə mətbuatı “topçular”ın gələn mövsüm oxşar problemlərlə qarşılaşmamaq üçün indidən transferə başladığını iddia edib.
 
Artıq London təmsilçisi ilk razılığını da əldə edib. Premyer Liqa klubu "Nürnberq"in isveçrəli hücumçusu Yosip Drmiçlə anlaşıb. Artıq futbolçunun Londonda ev baxmağa başladığı xəbərləri Drmiçin gələn mövsümdən etibarən “Arsenal”da forma geyəcəyinin göstəricisidi.
 
“Topçular” 21 yaşlı futbolçu 2,2 milyon avrosundan keçib.
Shares: