Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində baş tutan “Neftçi” – “Xəzər Lənkəran” matçında məlum qərarla bağlı qonaq azarkeşlərin stadiona daxil olması qadağan edilmişdi. Futbolinfo.az xəbər verir ki, "Neftçi" tərəfi bunun üçün kasallarda bilet satışına qadağa qoymuşdu.
 
Klubun vitse-prezidenti Tahir Süleymanovun futbol11.az saytına açıqlamasına diqqət yetirək:  "Bildiyiniz kimi, müvafiq qərardan sonra bu iki komanda arasında keçirilən oyunlara rəqib komandanın azarkeşi buraxılmır. Kassalarda bilet məhz bu səbəbdən yoxdu. Komandamızın fan-klubları bizə biletlə bağlı sifarişlər edib və onlar biletlə təmin olunur. O ki qaldı kənardan, fan-klub üzvü olmayan azarkeşlərimizə, onlar "Neftçi" klubuna müraciət etməklə bilet əldə edə bilərlər".
 
Ancaq heç də hər şey Tahir bəyin dediyi kimi olmadı. Belə ki, sizə təqdim etdiyimiz videodan da açıq-aşkar hiss olunur ki, "Neftçi"nin bu addımı bəzi  işbazların işinə yarayıb.  Onlar yalnız klubda olan biletləri əldə edərək, azarkeşlərə 10 manata satıblar. Biletin həddindən artıq baha olması bir yana, heç onu əldə edən azarkeş də stadiona buraxılmayıb. Stadiona buraxılmayan azarkeş bileti qaytarmaq istəsə də, buna nail olmayıb.
 
 

Shares: