Topaz Premyer Liqasının 28-ci turunda “Neftçi” – “Xəzər Lənkəran” oyunu baş tutdu. Meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra “ağ-qaralar”ın müdafiəçisi Bruno Bertuççi futbolinfo.az saytına  danışdı:
 
“Yaxşı və gərgin oyun oldu. Çünki Azərbaycan derbisində oynadıq. Əzəli rəqib üzərində qələbə qazandığımız üçün sevinirəm. Bu qələbə bizə kömək edəcək. Əsas lazım olan 3 xal idi ki, onu da əldə etdik. Qarşıdakı oyunlara baxmalıyıq”.
Shares: