"Mançester Siti"nin yarımmüdafiəçisi David Silva mövsümün sonunda "Barselona"ya keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, ispaniyalı İngiltərədə xoşbəxt olduğunu dilə gətirib:
"Əlbəttə, adımın "Barselona" kimi komanda ilə hallanması məni daha da ruhlandırır. Lakin mən bu söz-söhbətlərə son qoymaq istəyirəm. Premyer Liqadan ayrılmaq istəməirəm. "Mançester Siti"də xoşbəxtəm”.
2010-cu ildə "Valensiya"dan "Mançester Siti"yə transfer olunan Silvanın “Barsa”dan təklif aldığı deyilir.