Fransanın məşhur TF1 telekanalı futbolsevərlər arasında maraqlı sorğu keçirib. Futbolinfo.az xəbər verir ki, sorğuya əsasən, bu günədək ölkə çempionatında çıxış etmiş ən yaxşı futbolçular müəyyənləşdirilib.
Səsvermə nəticəsində Liqa-1 tarixinin ən güclü futbolçusu Zinəddin Zidan seçilib. Vaxtilə "Kann" (1988-1992) və "Bordo" (1992-1996) komandalarında çıxış edən Zidan bunu Fransa liqasında keçirdiyi 8 mövsümdə bacarıb. O, respondentlərin 44,4 faizinin rəğbətini qazanıb. İkincilik hazırda UEFA-nın prezidenti olan Mişel Platiniyə (24,9 %) qismət olub. Raymond Kopa üçüncü olub – 7,7 faiz.
Siyahıda müvafiq olaraq sonrakı yerləri, Zlatan Ibrahimoviç, Jan-Pyer Papin, Tyerri Anri, Didye Droqba, Sonni Anderson, Alan Giress və Ronaldinyo tutub.