“Simurq”la oyunda qırmızı vərəqə alaraq 3 oyunluq cəzalanan AZAL-ın futbolçusu Aleksandr Şemonayev yenidən heyətə qayıdır. Futbolinfo.az xəbər verir ki, “Neftçi”, “Bakı” və “Sumqayıt”la oyunlarda iştirak edə bilməyən yarımmüdafiəçi nəhayət cəzasını başa vurub.
Onun “Qarabağ”la aprelin 5-də keçiriləcək qarşılaşmada meydana çıxacağı gözlənilir. Bu, həm də Şemonayevin yeni baş məşçi Tərlan Əhmədova özünü göstərmək şansı kimi dəyərləndirilməlidi. (klub saytı)