Almaniyanın "Borussiya" (Dortmund) klubunun baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaqları "Real" (Madrid) haqda danışıb. Futbolinfo.az xəbər verir ki, mütəxəssis görüşün favoritinin İspaniya nəhəngi olduğunu bildirib:
"Real" inanılmaz dərəcədə güclü komandadı. Mövsümün əvvəlində onlar Beyl və İsko kimi futbolçuları transfer etdilər. Rəqibin zəif cəhətlərini tapmaq asan deyil. Ötən mövsüm yarımfinalda bu komandanı keçmişdik. Həmin oyundan sonra bir neçə gün yata bilmədim. Bu mövsümə gəlincə, təbii ki, "Real" favoritdi. Ancaq biz də risk edərək yenə "Real" səddini keçməyə çalışacağıq".
Qeyd edək ki, "Real" – "Borussiya" oyunu aprelin 2-də keçiriləcək.