“Neftçi”nin müdafiəçisi Bruno Bertuççinin futbolinfo.az saytına müsahibəsi
– "Xəzər Lənkəran"ı minimal hesabla üstələdiz. Oyunla bağlı fikirlərinizi bildirərdiz…
– Yaxşı və gərgin oyun oldu. Çünki Azərbaycan derbisində oynadıq. Əzəli rəqib üzərində qələbə qazandığımız üçün sevinirəm. Bu qələbə bizə kömək edəcək. Əsas lazım olan 3 xal idi ki, onu da əldə etdik. Qarşıdakı oyunlara baxmalıyıq.
– “Xəzər Lənkəran” sizə qarşı gözlənilən oyunu göstərdi?
– Yaxşı oyun göstərdilər. Düzdü, biz bir qol vurub qalib gəldik. Amma ola bilərdi ki, o qolu rəqib də vursun, qalib gəlsin. “Xəzər Lənkəran” yaxşı komandadı.
– Sizcə, "Neftçi"nin çempionluq şansları qalır?
– Əlbəttə. Şans həmişə var. 10 xal fərqi var deyə, biz geri çəkilməyəcəyik. Axıra qədər oynamalıyıq. Çempionatın bitməsinə 8 oyun var. Heç nə bilmək olmaz.
– “Qarabağ” 10 xal irəlidədi…
– Düzdü. Amma onlara çatmaq olar. 10 xallıq fərqi aradan qaldırmaq mümkündü. Futbolda, mümkünsüz heç nə yoxdu.
– İndiki məqamda sizin üçün kubok daha önəmlidi, yoxsa Premyer Liqa?
– Hər ikisi. Bu turnirlərin ikisində də uğurlu nəticə qazanmaq fikrindəyik. İnanıram ki, bunu bacaracağıq.
ELSEVƏR