Dortmund "Borussiya"sı rəhbərliyi komandanın istedadlı futbolçusu İlkay Gündoğana gələn təkliflərin çoxluğundan narahatdı. Futbolinfo.az xəbər verir ki, Almaniya təmsilçisi türk əsilli oyunçu ilə müqaviləni yeniləmək üçün çalışmalara başlayıb.
Bu barədə Dortmund təmsilçisinin idarə heyətinin üzvü Hans-Yoahim Vatske mətbuata danışıb. O, yarımmüdafiəçini qətiyyətlə komandada saxlamaq istədiklərini bildirib.
Qeyd edək ki, Gündoğanın hazırkı müqaviləsi 2015-ci ilə qədər nəzərdə tutulub.