“Mançester Yunayted”in kapitanı Nemanya Vidiçi alaraq yeni mövsüm üçün transfer çalışmalarına başlayan İtaliya "İnter"i heyətində də “təmizlik” işlərinə start verib. Futbolinfo.az xəbər verir ki, klubun rəsmi saytından Milan təmsilçisinin təcrübəli futbolçu Kristian Kivu ilə rəsmən yollarını ayırdığı açıqlanıb.
7 mövsümdü “neradzurra”nın formasını geyən rumıniyalı futbolçunun müqaviləsi qarşısılıqlı razılıq əsasında pozulub.
Xatırladaq ki, Kivu 2007/08 mövsümündən "İnter"də çıxış edirdi. O, komanda ilə 3 dəfə A Seriyası, 3 dəfə İtaliya Kuboku və 1 də Çempionlar Liqası çempionluğu yaşamışdı.