“Çelsi”nin baş məşqçisi Joze Mourinyo komandasının transfer planları barədə danışıb. Futbolinfo.az xəbər verir ki, mütəxəssis yayda hücumçu transfer edəcəklərini deyib:
“Bəlkə də indi yay transferləri barədə danışmaq üçün düzgün vaxt deyil. Amma hər kəsə bəllidi ki, “Çelsi” yayda mütləq hücum xəttini günləndirməlidi. Hücum xəttində dəyişiklik olacaq. Komandada qalacaq futbolçular yeni forvardla rəqabət aparmalı olacaqlar. Məqsədimiz heyəti daha da gücləndirməkdi. Bu səbəbdən də heyətdəki dəyişikliklər qaçılmazdı”.
Qeyd edək ki, “Çelsi”nin adı Dieqo Kosta və Radamel Falkao kimi hücumçularla hallanır.