Ukrayna Premyer Liqasında baş tutan "Dnepr" – "Dinamo" (Kiyev) matçında yaşanan hadisə qonaq komandaya böyük şok yaşadıb. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin kapitanı Oleq Qusev rəqib qapıçı Denis Boyko ilə toqquşub və yerə yıxılıb.
Bu zaman "Dnepr"in oyunçusu Jaba Kankava anidən Qusevin dilinin qatlandığını görüb və ilkin yardımla həmkarını xilas edib. Bundan sonra həkimlər futbolçuya yardım göstəriblər.
Son açıqlamada Kankacvanın müdaxiləsinin olmasaymış, Qusevin ölə biləcəyi bildirilib.