Bu gün keçirilən "İnter" "Rəvan" matçından sonra biabırçı hadisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, bu biabırçılıq "bankirlər"in şərəfini qoruyan Brüs Abdulaye ilə bağlıdı.
Belə ki, passivində 3 sarı vərəqə olan Abdulaye oyundan sonra 4-cü sarını almaq üçün hakimlərə yaxınlaşıb və mübahisə edib. Paltardəyişmə otağına qayıdarkən isə tribunada əyləşən birinə "Sarı vərəqə almaq istəyirdim ki, "Simurq"la oyunu buraxım" deyib.
Qeyd edək ki, "İnter" növbəti turda "Simurq"un qonağı olacaq.