Britaniya mətbuatı İngiltərə çempionatının lideri "Liverpul"la bağlı yeni transfer iddiası yayıb. Futbolinfo.az xəbər verir ki, “The Sun” qəzeti mersisaydların "Bavariya"nın müdafiəçisi Jerom Boatenqə "elçi" düşdüyünü qeyd edib.
“Qırmızılar” bu keçidi yayda reallaşdırmaq istəyir. Yeni mövsüm Çempionlar Liqasında oynamağa yaxın olan "Liverpul" bunun üçün təcrübəli futbolçuların xidmətində maraqlıdı. Məhz Boatenq də bu aspektdən transfer hədəfindədi.
Qeyd edək ki, hələ ki, ortada rəsmi bir addım yoxdu. Boatenqin "Bavariya" ilə 2018-ci ilədək müqaviləsi var.