Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Bakılı” – “Mil-Muğan” matçının 51-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Əli Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Araz Naxçıvan” oyunun 88-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Taleh Muradov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Ağsu” – “Karvan” matçında hər iki klubun 4 futbolçusu sarı ilə vərəqə cəzalandığı üçün 100 manat cərimə olunublar. Oyunun 23-cü dəqiqəsində “Karvan”ın futbolçusu Ceyhun Əhmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.