AFFA-nın İntizam Komitəsi ötən həftə yaşıl meydanlarda baş verənlərə hüquqi qiymət verib. Futbolinfo.az xəbər verir ki, İK "Simurq" klubuna texniki məğlubiyyət verib.
 
Buna səbəb martın 25-də U-16 liqasında baş tutan “Qarabağ” – “Simurq” matçında baş verənlər olub. Belə ki, Zaqatala təmsilçisinin şərəfini qoruyan  Elmar Əliyev matçı buraxmalı olduğu halda, oyunda iştirak edib və bu səbəbdən komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-14 liqasında isə "Simurq" fərqli aqibətlə üzləşib. Belə ki, rəqib "Daşqın" klubu oyunda iştirak etmədiyi üçün "sarı-qaralar"a texniki qələbə verilib.
Shares: