İntizam Komitəsi ötən həftə baş verən hadisələrlə bağlı qərarını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, İK hakimləri təhqir edən futbolçuları cəzasız qoymayıb.
Martın 19-da U-19 Liqasının “Rəvan” – “Qarabağ” matçı başa çatdıqdan sonra “Qarabağ”ın futbolçusu Ruslan Hacıyev, martın 25-də U-16 liqasında keçirilən "Qarabağ" – "Simurq" matçında qonaq komandanın üzvü Mehman Qədirov və martın 24-də U-17 liqasında "Xəzər Lənkəran" – "Rəvan" qarşılaşması başa çatdıqdan sonra “Rəvan”ın futbolçusu Qurban Hüseynli və Emil Yadayi hakimi təhqir etdiklərinə görə cəzalandırılıb. Futbolçuların hamısına 4 oyunluq cəza verilib.