İspaniyanın “Atletiko” (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaqları "Barselona" ilə oyun haqda jurnalistlərə danışıb. Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis axşamkı görüşün onlar üçün çətin keçəcəyini qeyd edib:
"Yarımfinal uğrunda mübarizədə iki argentinalı mütəxəssis üz-üzə gələcək. Hər ikimiz çalışdırdığımız klubun tələblərini yerinə yetirməyə çalışırıq. Martino hər zaman böyük hədəfləri olan "Barselona"da çalışır. Düşünürəm ki, bu axşamkı görüş ən çətin Barselona səfərimiz olacaq. Rəqib əla formadadır və bizimlə görüşdə hər kəs tam silahlanmış "Barsa" görəcək. Rəqib cütün taleyini ilk matçda həll etməyə çalışacaq. Lakin biz buna imkan verməməliyik. Əks təqdirdə işimiz çətin olacaq".