Bu axşam Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə qarşılaşacaq "Atletiko" matça ciddi itki ilə çıxa bilər. Futbolinfo.az xəbər verir ki, klubun əsas qol silahı Dieqo Kosta dünən baş tutan məşqdə zədələnib.
Hazırlıqların ilk 15 dəqiqəsində iştirak edən hücumçu zədələndiyi üçün məşqi yarımçıq dayandırıb. Kostanın meydana çıxıb-çıxmayacağına matç saatı aydınlıq gələcək.